Göldə boğulan hərbçinin meyiti tapıldı -

Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun meyiti Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündən tapılıb.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılan meyit aidiyyəti üzrə təhvil verilib.


*09:36

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlayıb.

Bu barədə Metbuat.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildiirlib ki, "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR