x
Loading...

Ruslar COVID-19-a qarşı QEYRİ-ADİ ÜSUL TAPDI: Saqqız və zefir formasında peyvənd

.

Rusiya Müdafiə İdarəsi COVID-19-a qarşı saqqız şəklində yeni bir antiviral dərman hazırlamağa başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə RİA Novosti açıqlama yayıb.

Məlumatda deyilir ki, Müdafiə Nazirliyinin 48-ci Mərkəzi Tədqiqat İnstitutu saqqız şəklində yeni koronavirus infeksiyasına qarşı antiviral dərman hazırlamağa başlayıb. Dərmanın saqqız formada istifadəsi virusdan qorunmada müsbət təsir göstərəcəkdir. Onun sözlərinə görə, institut eyni zamanda zefir şəklində koronavirusa qarşı mukozal peyvənd də hazırlayır.

"Sınaqların başa çatmasından sonra bu peyvənd müxtəlif müalicə rejimlərinə daxil ediləcək və qoruyucu dərmanların istifadəsi üçün mövcud mexanizmlərə əlavə olaraq istifadə ediləcək" deyə açıqlamada bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR