x
Loading...

SON DƏQİQƏ: Rusiya və Türkiyə razılığa gəldi - İyulun 1-dən başlayır

.

İyul ayının 1-dən etibarən Rusiya Türkiyəyə uçuşları bərpa edə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb. Məlumata görə, Türkiyəyə nümayəndələr göndərərək, turizm məkanlarının vəziyyəti barədə tanış olan Rusiya uçuş qadağasının aradan qaldırılmasını dəyərləndirir. “Forbes”ə danışan mənbənin iddiasına görə, tərəflər arasında razılıq əldə olunub. Yekun qərar qəbul edilməsə də, uçuş qadağasının ləğvi Moskvanın seçimləri arasında ön sıradadır. Moskvada hesab edirlər ki, qadağa səbəbilə ölkədəki çimərliklərdə sıxlıq müşahidə olunur. Bu isə koronavirusun artmasına şərait yaradır. Məlumata görə, Moskva çimərliklərdəki sıxlığı aradan qaldırmaq üçün ilk mərhələdə Türkiyəyə həftədə 7 uçuş həyata keçirəcək.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan pandemiyaya görə Rusiyanın aprelin 15-də tətbiq etdiyi uçuş qadağasının yaxın günlərdə aradan qaldırılacağını ümid etdiyini bəyan etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR