Həkimdən təklif:

Müəyyən xəstəlik səbəbindən peyvəndin əks göstəriş vermə ehtimalı olan şəxslərə ayırıca sertifikat verilməlidir.

Metbuat.az xəbər verir ki, bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında həkim Vüqar Cavadzadə deyib.

“Xarici ölkələrə səfər etmək və müəyyən məkanlara getmək üçün ya peyvənd olunmalıyıq, ya da immunitet sertifikatı olmalıdır. Bəzi insanlarda isə elə xəstəliklər var ki, onlara peyvənd vurulması əks göstəriş verə bilər. Buna görə də onlara peyvəndin əks göstəriş etməsi barədə müddətsiz sertifikat verilməlidir ki, onlar belə anlarda problemlə qarşılaşmasın”, - o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR