Rusiyada son sutkada 400-dən çox insan "COVİD-19"un qurbanı oldu

Rusiyada son 24 saatda 453 nəfər koronavirusdan vəfat edib.

Metbuat.az www.worldometers.info saytına istinadən xəbər verir ki, bununla da Rusiyada 128 445 nəfər koronavirusun qurbanı olub. Sson sutkada 17 262 nəfər virusa yoluxub. Son rəqəmlərlə virusa ümumi yoluxma sayı 5 281 309 nəfərə çatıb.

Qeyd edək ki, son günlər Rusiyada virusa yoluxma və ölüm halları getdikcə artır. Xüsusilə də Moskva şəhərində virus sürətlə yayılır. Rus alimlər virusun mutasiyaya uğradığını və Moskvada koronavirusun yeni növünün meydana gəldiyini bildiriblər.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR