x
Loading...

Bakı Limanında Avropadan Çinə yükaşırma üçün terminal tikiləcək

.

Bu gün “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov Niderlandın Azərbaycandakı səfiri Pauline Eizemala görüşüb.

Metbuat.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə vurğulanıb ki, bu ilin martın 5-də Bakı Limanı ilə Niderlandın Fontis Tətbiqi Elmlər Universiteti, Qilde İnstitutu və regionun aparıcı logistika şirkəti “Cabooter Group” arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, limanın əməkdaşları, Azərbaycanın logistika sahəsində fəaliyyət göstərən şirkət nümayəndələri və ya ümumiyyətlə nəqliyyat, ticarət və logistika sahədə çalışmaq istəyən şəxslər Niderlanda 4 aylıq təlim-tədris proqramına cəlb ediləcəklər.

Eyni zamanda, 26 noyabr 2019-cu il tarixində Bakı Limanı ilə Niderlandın “Cabooter Group” şirkətləri arasında Orta Dəhliz vasitəsilə Avropadan Orta Asiyaya və Çinə yük daşımalarının gücləndirilməsi və genişləndirilməsi məqsədilə saziş imzalanıb və gələcəkdə bu sahədə də əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Baş direktor vurğulayıb ki, Bakı Limanında Avropadan Çinə daşınan yüklərin daha operativ qaydada aşırılmasını təmin etmək məqsədi ilə intermodal terminalının tikintisi nəzərdə tutulur: "Bu sahədə də Niderlandda fəaliyyət göstərən şirkətlərlə geniş əməkdaşlığın edilməsi xoş olardı".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR