Ərdoğan sevindirici xəbəri açıqladı: Tam dəqiqliklə vurduq /

Türkiyənin yerli imkanlarla istehsal etdiyi ATMACA gəmi əleyhinə raketi ilk dəfə gəmi hədəfini tam dəqiqliklə vurub.

Metbuat.az xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan açıqlama verib. Məlumata görə bu raketin ordunun arsenalına daxil edilməsindən əvvəl son testi olub. Ərdoğan bildirib:

“Mavi vətənimizin ATMACA gəmi əleyhinə raketimiz bu gün ordunun arsenalına giriş öncəsi son test mərhələsində ilk dəfə gəmi hədəfini tam dəqiqliklə vurmağa müvəffəq oldu. Türkiyə Silahlı Qüvvələrinə və donanmasına xeyirli olsun”.

Dövlət başçısı testin görüntülərini paylaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR