x
Loading...
.

“Uembli” stadionunda UEFA-nın tövsiyəsinə etiraz edildi

.

AVRO-2020-nin qrup mərhələsinin İngiltərə - Şotlandiya oyunundan əvvəl komandalar dəstək xarakterli ənənəni davam etdirib.

Metbuat.az-ın məlumatına görə, start fitinə bir neçə saniyə qalmış futbolçular və hakimlər diz üstə çöküblər.

Bu, UEFA-nın tövsiyəsinə uyğun olaraq irqçiliyə etiraz əlamətidir. Lakin bu hərəkət “Uembli” stadionuna toplaşan azarkeşlərin xoşuna gəlməyib. Britaniyalı fanatlar futbolçuların bu addımını fitə basıblar. Uğultu səsinin eşidilməməsi üçün stadion nümayəndələri musiqi qoşublar.

Qeyd edək ki, İngiltərə və Şotlandiya D qrupunda yer alır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR