x
Loading...
.

Ronaldodan yeni rekord - 300 milyon...

.

Portuqaliya millisinin və "Yuventus"un hücumçusu Kriştiano Ronaldo "İnstaqram"da dünyanın ən populyar adamıdır.

Metbuat.az xəbər verir ki, 36 yaşlı futbolçunun bu sosial media hesabının 300 milyon abunəçisi var. O, tarixdə bu cür göstəricini əldə edən ilk şəxs olub.

Ronaldonu güləşçi və aktyor Dueyn Conson (246 milyon abunəçi), amerikalı müğənni Ariana Qrande (244 milyon) və model Kayli Cenner (241 milyon) izləyir.

Qeyd edək ki, "Barselona"nın kapitanı Lionel Messinin "İnstaqram"da 219 milyon, PSJ-nin hücumçusu Neymarın 152 milyon izləyicisi var. / Qol.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR