x
Loading...

AVRO-2020: Bu gün daha 3 oyun baş tutacaq

.

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun növbəti 3 oyunu keçiriləcək.

Metbuat.az xəbər verir ki, görüşlərdən ikisi F, biri isə E qrupunda oynanılacaq.

Günün ilk matçı F qrupunda MacarıstanFransa yığmaları arasında olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Oyunu ingiltərəli Maykl Oliver idarə edəcək. İlk turda Almaniyanı 1:0 hesabı ilə məğlub edən Fransa qələbə qazanacağı təqdirdə 1/8 final mərhələsinə vəsiqəni təmin edəcək.

Qrupun digər görüşündə son çempion Portuqaliya Almaniya ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu qarşılaşmanın baş hakimi ingiltərəli Entoni Teylor olacaq.

Günün son matçında 3 qat Avropa çempionu Polşanı sınağa çəkəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu italiyalı Daniele Orsato idarə edəcək. İspanlar ilk oyunda İsveçlə qolsuz heç-heçə edibsə, Polşa Slovakiyaya 1:2 hesabı ilə uduzub.

Avropa çempionatı

F qrupu, II tur

17:00. Macarıstan - Fransa

Baş hakim: Maykl Oliver (İngiltərə)

Budapeşt. "Puşkaş Arena"

20:00. Portuqaliya - Almaniya

Baş hakim: Entoni Teylor (İngiltərə)

Münhen. "Münhen Arena"

23:00. İspaniya - Polşa

Baş hakim: Daniele Orsato (İtaliya)

Sevilya. "Estadio La Cartuja" stadionu



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR