Həbsdə olan qadın sənətçi: "Tək və son ümidim Konstitisuya Məhkəməsidir”

Həbsdə olan qadın sənətçi: "Tək və son ümidim Konstitisuya Məhkəməsidir”
18:56 18 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Narkotik maddələrin satışında günahlandırılaraq həbs edilən türk sənətçi Deniz Seki imdad diləyir.

ANS PRESS-in məlumatına görə, Seki ümidini yalnız Türkiyənin Konstitusiya Məhkəməsinə bağlayıb. “Həbsdə çox çətin günlər keçirirəm, ağlamaqdan göz yaşlarım qurudu. Konstitusuya Məhkəməsi 15.04.2014 tarixində göndərdiyim dosyemi əlinə alsa, mənim günahsız olduğumu görəcək və ədalət yerini tapacaq"-deyə o, bildirib.

Çətin günlər yaşayan Dəniz Sekiyə nişanlısı Faruk Salman iki quş hədiyə edib. Seki quşların birinə "Alican", diğərinə "Mələk"’ adı verib. “Onlar qəfəsdə, mən qəfəsdə. Onları qəfəslərindən çıxarıb uçururam, amma mən uça bilmirəm. Quş olub uçmaq və evimə qonmaq istəyirəm”- deyə, ah-nalə çəkdi.

Sezen Aksu, Gülben Ergen, Esra Erol, Yavuz Bingöl, Emre Altuğ kimi məşhurların ziyarət etdiyi və məktub yazdığı Seki həbsxanada yaşadıqlarını kağıza köçürməyə qərar verdiyini açıqlayıb: “Haldun Dormenin məktubunu oxuduqtan sonra həbsxana xatirələrimi yazmağa başladım”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR