x
Loading...
.

Karantin rejimi ilə bağlı vacib xəbər: PAYIZDA... - VİDEO

.

"Peyvəndlənmə prosesi bu sürətlə davam edərsə, epidemioloji vəziyyət payızda sərt olmayacaq”.

Bunu "ABR 24”ün "Nə baş verir?” verilişinə açıqlamasında həkim Ümüd Səlimzadə deyib. O bildirib ki, mayın 25-dən sonra vaksinasiya prosesi sürətlənib:

"Prosesin sürətlənməsinə səbəb də COVID pasportları məsələsinin gündəmə gəlməsidir.

Sözügedən tarixdən etibarən gündəlik 40-60 min insanın peyvəndlənməsi baş tutur. Proses bu sürətlə davam edərsə, ayda 1.2 milyon, avqustun sonuna kimi isə 3.6 milyon peyvəndlənmə görə bilərik. Bizim yeddi milyon əhalinin peyvəndlənməsinə ehtiyacımız var. Artıq üç milyon insan peyvəndlənib və 3.6 milyon insan da yayın sonuna kimi peyvəndlənsə, bizi çox da sərt qapanmaların olmayacağı payız gözləyə bilər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR