Fransa Macarıstanla bacarmadı -

Futbol üzrə Avropa çempionatı (AÇ-2020) davam edir.

Metbuat.az xəbər verir ki, günün ilk matçında F qrupu çərçivəsində Macarıstan və Fransa yığmaları üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Qrupun digər matçında Portuqaliya və Almaniya yığmaları qarşılaşacaq. Portuqaliya da qalib gəlsə, növbəti mərhələyə vəsiqə qazanacaq.

İkinci turun son matçı isə İspaniya və Polşa yığmaları arasında baş tutacaq.

Xatırladaq ki, iki turdan sonra İtaliya, Belçika və Niderland yığmaları artıq 1/8 finala vəsiqə qazanıb.

Avropa çempionatı
19 iyun

F qrupu

Macarıstan – Fransa 1:1
Qol: A.Fiola, 45+2 – A.Qrizmann, 66.
Baş hakim: Maykl Oliver (İngiltərə).
Budapeşt. “Puşkaş Arena”.






Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR