x
Loading...

"4 ildir gözlədiyimiz turnirlə erkən vidalaşmaq istəmirik" - Şenol Günəş

.

"Son oyundakı məğlubiyyət bizə daha pis təsir etdi. İnamımızı itirdik. İki oyundan sonra xalsız qalacağımızı təsəvvür etmirdik".

Metbuat.az xəbər verir ki, bu fikirləri Türkiyə millisinin baş məşqçisi Şenol Güneş İsveçrəyə qarşı keçirəcəkləri AVRO-2020-nin A qrupunun 3-cü tur matçından öncə mətbuat konfransında deyib.

O bildirib ki, azarkeşlərin yığmadan çox şey gözləməsi futbolçuların üzərində təzyiq yaratdı:

"Gənc komandayıq. Uelsi udsaydıq, vəziyyət daha fərqli olacaqdı. İndi isə möcüzəyə bel bağlamışıq. 4 ildir gözlədiyimiz turnirlə erkən vidalaşmaq istəmirik. Çünki böyük hədəflərimiz var".

Güneş sabahkı matçda daha yaxşı mübarizə aparacaqlarını vurğulayıb:

"Tənqidlərə hörmətlə yanaşırıq. Biz özümüz də oyunumzdan narazıyıq. Ən yaxşılar arasında olmaq üçün buraya gəldik. İstədiyimiz nəticələri qazana bilmədiyimiz üçün məyusuq".

Təcrübəli baş məşqçi komanda daxilində heç bir problemin olmadığını söyləyib: "Mətbuatda müxtəlif xəbərlər yayılır. Heç bir futbolçu ehtiyatda qaldığı üçün üzgün deyil. Oyunçular arasında münasibət qaydasındadır. Sadəcə, istədiyimiz oyunu göstərə bilmirik".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək İsveçrə - Türkiyə matçı saat 20:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR