İki dəfə nişanını qaytaran Talıb

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı müğənni Talıb Tale olub.

Metbuat.az xəbər verir ki, 2 dəfə nişanlı olan sənətçi ayrılıq səbəbindən danışıb:

“Birinci nişanımda qızı xalam məsləhət görmüşdü. 20 yaş fərqimiz vardı. Aramızda fikir uyğunsuzluğu var idi. Məndən diqqət tələb edirdi. Sevə bilmədim. Ayrıldığıma peşman deyiləm. Yaxşı ki, belə olub. Ailə qursaydıq dağılacaqdı. İkinci nişanım haqda isə danışmaq istəmirəm, səbəblər demək olar eyni idi. Nişanda çəkilən şəkillər bilərəkdən yayılmışdı. Saytlara göndərib, paylaşın deyilib”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR