“Neftçi”də yeni transfer

“Neftçi” cinah yarımmüdafiəçisi transferi edib.

Metbuat.az xəbər verir ki, bu barədə klub rəsmi saytında məlumat yayıb.

Bildirilib ki, San-Tome və Prinsipi Demokratik Respublikasından olan Harramiz Quita Ferreyra Soares ilə iki il müddətinə müqavilə bağlanıb.

30 yaşlı futbolçu komandamızın heyətində 11 nömrəli formanı geyinəcək.

Son mövsüm 23 oyunda dörd qol vurduğu “Eştoril”lə Portuqaliya çempionatının 2-ci liqasının çempionu olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR