Bakı sakinlərinə pis xəbər var - DAHA 2 GÜN DAVAM EDƏCƏK -

Bu gün səhər saatlarından etibarən Bakı və Abşeron yarımadasında tozlu- dumanlı hava müşahidə olunur. Milli Hidrometeorologiya Departamenindən bildirilib ki, belə vəziyyət ölkəmizə daxil olan hava kütlələri ilə bağlıdır və yaxın iki gün ərzində də müşahidə oluna bilər.

Səhər saatlarından yaşanan bu mənzərə əksər sakinlər üçün narahatlıq yaradıb.

Milli hidrometeorologiya departamentinin hidrometeorolji proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, tozlu hava şəraiti ölkəmizə daxil olan hava kütlələri ilə bağlıdır.

Terapevt Nahid Məhərrəmovun sözlərinə görə havada tozun miqdarının normadan çox olması insanların səhhətinə mənfi təsir edə bilər. Ona görə də belə havada bəzi qaydalara əməl etmək lazımdır

Belə tozlu havanın meteroloji şəraitdən asılı olaraq, yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.(xəzərxəbər)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR