Türkiyə mübarizəni dayandırdı,

“Avro-2020”nin qrup mərhələsində A qrupunun oyunları başa çatıb.

Metbuat.az xəbər verir ki, İtaliya doğma meydanda Uelslə qarşılaşıb.

Roberto Mançininin komandası 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 39 dəqiqə Matteo Pessina vurub.

Qrupun digər matçında Türkiyə millisi Bakıda İsveçrə ilə qarşılaşıb. Ən yaxşı qrup üçüncüsü kimi 1/8 finala çıxmaq istəyən kollektiv son şansından da yararlana bilməyib. 1:3 hesabı ilə uduzan "ay-ulduzlular" turniri xalsız tərk edib.

Bu gün keçirilən iki qarşılaşma ilə A qrupundan İtaliya və Uels millisi növbəti mərhələyə yüksəlib. İsveçrə isə ən yaxşı qrup üçüncülərinin müəyyən olunması üçün qruplardakı oyunların başa çatmasını gözləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR