Paşinyan seçkidə qalib gəlir:

Ermənistanın Mərkəzi Seçki Komissiyası bu gün keçirilən növbədənkənar parlament seçkilərinin ilk rəsmi nəticələrini açıqlayıb.

Metbuat.az xəbər verir ki, erməni diplomatlar arasında keçirilmiş səsvermədə 163 səs Nikol Paşiyanın "Vətəndaş Müqaviləsi" blokuna, 135 səs Robert Köçəryanın "Ermənistan" alyansına verilib.

Elektron sistemlə səs vermək hüququ olan Ermənistan vətəndaşlarının sayı (diplomatların ailə üzvləri) 650-dir. Səsvermədə 500 seçici iştirak edib. 45 bülleten yararsız sayılıb.

Bundan başqa 64 seçki məntəqəsində səslərin hesablanmasına əsaslanan ilkin nəticələr belədir: Nikol Paşinyan 62,7%, Robert Köçəryan 17%, Qaqik Tsarukyan 4.9%, Serj Sarqsyan 3.8%.

Qeyd edək ki, ilkin hesablamalara görə, Paşinyan böyük fərqlə öndədir. Artıq sSosial şəbəkələrin erməni seqmentində müxalifəti dəstəkləyən istifadəçilər əhalini Paşinyana qarşı küçələrə çıxmağa, iğtişaşlara səsləməyə başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR