SON DƏQİQƏ: Fransız hərbçilərə DƏHŞƏTLİ HÜCUM -

Malidə Fransız sülhməramlılarına hücum olub.

Metbuat.az xəbər verir ki, minalanmış avtomobilin hərbçilərin yaxınlığında partladılması nəticəsində çox sayda əsgər yaralanıb. Məlumata görə, hadisə fransız əsgərlər Timbuktu bölgəsində hərbi əməliyyat həyata keçirərkən qeydə alınıb. Bölgəyə çox sayda helikopter cəlb edilib. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron yaxın vaxtlarda fransız hərbçilərin bölgədə əməliyyatları başa çatdıracağını bəyan etmişdi. Malidəki hücum barədə Makron məlumatlandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR