Metroda maskalara nəzarət üçün tədbirlər gücləndirilib

Bakı Metropoliteni stansiyalarında tibbi maskalardan və qoruyucu vasitələrdən istifadənin vacibliyi ilə bağlı tədbirlər davam etdirilir.

Metbuat.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, maarifləndirmə və nəzarət tədbirləri çərçivəsində vətəndaşların qoruyucu vasitələrdən istifadəsini tövsiyə edilir: "Metropoliten inzibati məsuliyyətə cəlb etmir və belə bir səlahiyyəti yoxdur. Biz sadəcə, təşviqat, maarifləndirmə, tövsiyə xarakterli iş aparır, müraciətlər edir, izahat işi aparırıq. Hər gün bu işlər davamlı aparılır".

B.Məmmədov deyib ki, görülən işlər müxtəlif xarakterli olur: "Stansiya və qatarlarda elanlar mərkəzləşmiş qaydada müntəzəm verilir, həmçinin stansiyada əlavə olaraq növbətçilər elanlar verir, sərnişinlərə müraciətlər olunur. Bu qəbildən olan bir sıra işlər var. Həmçinin, görülən işlərin monitorinqi də aparılır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR