Şabranda restoranda baş verən yanğın söndürülüb -

Fövqəladə Hallar Nazirliyi (FHN) Şabranda restoranda baş verən yanğınla bağlı məlumat açıqlayıb.

Metbuat.az nazirliyin saytına istinadən xəbər verir ki, bu gün saat 14:09-da FHN-in "112" qaynar telefon xəttinə Şabran rayonunda restoranda yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri saat 14:14-də hadisə yerinə çataraq yanğınsöndürmə işlərinə başlayıblar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı qısa müddət ərzində alınaraq tam söndürülüb.

İlkin məlumata görə, restorana aid ərazidə ümumi sahəsi 330 m² tikilinin yanar konstruksiyaları və açıq ərazidə 0,2 ha sahədə quru ot yanıb. Restoranın ərazisində olan digər tikililər (ümumi sahəsi 460 m²) yanğından mühafizə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR