Bu tarixdən iş yerlərində COVİD pasportu tələb olunacaq -

Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olmalı, 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunacaq.

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

“2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunur.”;

2.5-1.1-ci və 2.5-2-ci bəndlərə “daimi yaşayan” sözlərindən sonra “digər ölkə vətəndaşlarına, habelə” sözləri əlavə edilsin;


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR