x
Loading...

Toyda qeydiyyatsız iştirak edən qonaqlar 400 manat CƏRİMƏLƏNƏCƏK

.

Xəbər verdiyimiz kimi, iyulun 1-dən Azərbaycanda toy və şənliklərin karantin qaydalarına uyğun şəkildə keçirilməsinə icazə verilib.

Bu barədə Metbuat.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Qaydaları pozan şəxslər isə cərmələnəcək. Qərara əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə şənlik mərasimi keçirilən müəssisənin fəaliyyətinin dayandırılmasına dair qanunvericiliklə müəyyən edilmiş hallarda qərar qəbul edilə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR