x
Loading...

Makrona ağır zərbə: Sandığa "dəfn etdilər"

.

Fransada keçirilən regional seçkilərin ilk turunun rəsmi nəticələri açıqlanıb.

Metbuat.az xəbər verir ki, prezident Emmanuel Makronun qurucusu olduğu “Respublikaçı Hərəkatı” partiyası ciddi uğursuzluğa düçar olub. “Respublikaçı Hərəkatı” partiyası 10,4 faiz səs toplayaraq növbəti mərhələyə keçmək üçün 10 faizlik səddi çətinliklə keçib. Aralarında 15 nazirin də olduğu çox sayda namizəd Makronun partiyasının qələbəsi üçün mübarizə aparıb.

Lakin onların heç biri mübarizəni ilk sırada tamamlaya bilməyib. İlk turun qalibi isə 28,7 faiz səslə “Respublikaçılar” partiyası olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR