x
Loading...

ŞOK İDDİA: Paşinyanı türklər qalib etdi - "Əliyev haqlı imiş, biz heç kimik"

.

"İndi erməni düşüncəsini və ümumiyyətlə erməni kişisini başa düşə bilmirəm. Genetik düşüncəmizi və milliyyətimizə olan sevgini itirdik. Düşünürəm ki, erməni xalqı artıq mövcud deyil. Əliyev haqlıdır ki, biz xalq deyilik, dövlət qura bilməyəcəyik".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Ermənistanın ehtiyatda olan zabiti, palkovnik Volodya Ovanisyan erməni KİV- nə müsahibəsi əsnasında deyib. O Syunik bölgəsinin səsvermə nəticələrinə toxunaraq deyib ki, Ermənistanın əhalisinin 53 faizinin türkdür. Palkovik bu açıqlaması ilə demək istəyir ki, Paşinyanın seçkidə qalib gəlməsinə səbəbkar Syunikdə yaşayan türklərdir.

53% населения Армении - турки

"Bu seçkilərin nəticələrini saxtalaşdırmaq baxımından düşünürəm ki, təxminən 10 faizi saxtalaşdırılsa da, insanların 43 faizi xain kapitulyatora səs verdi. Onların Nikol Paşinyanı sevmədikləri bir həqiqətdir, keçmişlərini də sevmədikləri bir həqiqətdir, özlərini sevmədikləri, özlərinə sevgilərinin olmadığı bir həqiqətdir. Mən 3 ildir Nikol Paşinyana qarşı danışıram, çünki bu ölkəni məhv etdiyini və məhv etməyə davam edəcəyini bilirəm. Türklərin Syunik, Şurnux, Vardenis və İrəvana girəcəkləri gün, Meğriyə gedən yolun alınacağı gün, heç kim başqasını günahlandırmasın. Günahkar, Nikol Paşinyan və ona səs verənlərdir. Bu şəxslər Ermənistanın gələcəyini məhv etdi".

- Milli Məclisdən keçən müxalifət bu vəziyyətdə nə etməlidir?

Nikol Paşinyan kapitulyasiya aktlarına imza atmağa hazırlaşır. O zaman xalq, günahkar olanların əvvəlkilər olmadığını, Nikolun erməni torpağını türklərə verdiyini görəcəkdir.

Erməni xalqı Paşinyanın Qarabağı verdiyini görmədi, uşaqların əlil olduğunu görmədi. Nikol Syunik dağlarını, Vardenis dağlarını, Zodun qızıl mədənini verdi. İtirdiyimizi görmədi və 5 milyard dövlət borcunun artması, vergilərin artması da xalq üçün bir şey ifadə etmədi.

- Seçkilərdən sonra Syunik camaatı ilə danışmısınız?

Xeyr, indi insanlara xor baxıram, onlara əhəmiyyət vermirəm. Xalqımdan məyusam, həyatımdan, bu millətə verdiyi töhfəmdən peşmanam. Yenə deyirəm, bu millət deyil, bu xalq deyil. 20-ci əsrin əvvəllərində olduğumuz kimi, indi də 21-ci əsrdə eyni vəziyyətdəyik. Hələ nə edəcəyimi bilmirəm, öz qəssabxanasını öz əlləri ilə tikən insanlar üçün mübarizə aparmaq istəmirəm. Bu insanlar özləri üçün mübarizə aparmağa layiq deyillər. Bu millət məntiqlə hərəkət etməyəcək qədər axmaqdır.

Tərcümə: Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR