x
Loading...
.

"Qarabağ"ın yeni transferi: "Qarabağ"a titullar qazanmaq üçün gəlmişəm

"Qarabağ" futbol klubuna yeni transfer edən Kadi Yuri Borqes Malinovski klubun saytına açıqlama verib.

Metbuat.az xəbər verir ki, o, yeni mövsümdə əlindən gələnəi edəcəyinə, azarkeşləri qələbələrlə sevindirəcəyinə inandığını bildirib. Əslən Braziliyalı olan yarımmüdafiəçi komandaya uyğunlaşma prosesindən və yeni mövsümün hədəfləri barədə danışıb:

Corner.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi komandaya uyğunlaşma prosesindən və yeni mövsümün hədəfləri barədə danışıb:

“Futbolçular, məşqçi heyəti, klubun digər əməkdaşları və ofis işçiləri ilk gündən mənə isti yanaşdılar. Böyük ailəyə gəldiyimi hiss edirəm. 1 həftədir ki, məşqlərə başladıq. İlk günlərdəki təəssüratlarıma görə deməliyəm ki, məşqlərimiz çox maraqlı və dinamikdir. Hazırlığa yeni başlamışıq, hər şeydən razıyam. Futbolçular məşqdə çox işgüzar və motivasiyalıdır.

Hazırda əsas fikrimi məşqlərə yönəltmişəm və Bakı şəhərini gəzməyə fürsətim olmayıb. Ümid edirəm ki, burada olduğum müddətdə Bakını kəşf etməyə zamanım olacaq. Burada gördüklərim məni heyrətləndirib. Hündürmərtəbəli binalar, insanların xoş münasibəti diqqətimi çəkib. Hər şey ürəyimcədir və Bakını yaxından tanımağa vaxtım olacaq.

“Qarabağ”a titullar qazanmaq üçün gəlmişəm. Güclü və keyfiyyətli futbolçulardan təşkil olunmuş komandaya gəldiyimi bilirəm. Mən də öz bacarığımla komandanın gücünə güc qatacağam. Ürəyi komandamızla döyünən, bizə nəfəs verən azarkeşləri qələbələrimizlə sevindirəcəyimizə inanıram. Yeni mövsümdə əlimdən gələni edəcəyəm”,- deyə futbolçu qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR