“Anadolu Qartalı - 2021” təlimi başladı

Türkiyənin Konya şəhərində “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi başlayıb.

Metbut.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, NATO-nun iştirakı ilə keçirilən beynəlxalq “Anadolu Qartal-2021” təlimində Azərbaycan, Qətər, Pakistan hərbçiləri iştirak edir. Təlim bütün iştirakçıların bilik, bacarıq və təcrübələrini bölüşmək və kombinə əməliyyatlar üçün təlim səviyyələrini artırmaq məqsədi daşıyır.

Təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd “MiQ-29” qırıcı və 2 ədəd “Su-25” hücum təyyarəsi iştirak edir.

Hərbi pilotlar hava məkanının uçuş zonalarını, ərazidəki qalxma-enmə zolaqlarını və marşrut üzrə aeronaviqasiya vəziyyətini öyrənmək, uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq üçün uçuşlar həyata keçirirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR