x
Loading...
.

Xaçmazda avtomobil yüksək gərginlikli elektrik dirəyinə çırpıldı

.

Xaçmazda yol qəzası olub.

Metbuat.az xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində baş verib. Mirəliyev Elxan Nəcməddin oğlunun idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil idarəetmədən çıxaraq, yüksək gərginlikli elektrik dirəyinə çırpılıb. Zərbənin gücündən elektrik dirəyi aşaraq, qaz və rabitə xətlərini də sıradan çıxarıb.

Qəza zamanı sürücü xəsarətlər alıb.

Qəza səbəbindən ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR