Əfqanıstandakı vətəndaş müharibəsi böyük ehtimalla NATO bu ölkədən qoşunlarını çıxardıqdan sonra yenidən başlayacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məlumat verib.
"Əfqanıstandakı vəziyyətin inkişafı həm qonşu ölkələr, həm də beynəlxalq təşkilatlar üçün böyük diqqət tələb edir. Etiraf edilməlidir ki, Qərb blokunun bu ölkədə hərbi mövcudluğunun 20 ili bu ölkədə vəziyyətin sabitləşməsinə və sabit hökumət orqanlarının formalaşmasına gətirib çıxarmadı". Şoyqu qeyd edib ki, blok silahlarını geri çəkdikdən sonra əhalinin yaşayış şərtlərinin pisləşəcək, kütləvi mühacirətlər başlayacaq. Başlayacaq olan ekstremizm digər ölkələri də təhdid edəcəkdir.