Operativ Qərargahdan III doza ilə bağlı AÇIQLAMA -

Ölkəmizdə hələlik III doza peyvəndin tətbiq olunmasına ehtiyac yoxdur.

Metbuat.az xəbər verir ki, bunu ARB24-ün “Xəbərlər”proqramına açıqlamasında Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Rəşad Mahmudov deyib.

“Bu gün üçün dünyada III doza peyvəndi geniş tətbiq edən hər hansı ölkədə olmadığı üçün bu haqda hər hansı fikir ortaya qoymaq doğru olmaz. Amma istər səhiyyə ocaqlarımız, istər bu siyasəti həyata keçirən qurumlar, eləcə də Operativ Qərargah həm ölkəmizin, həm də dünyada var olan təcrübələrin, ən başda da ÜST-ün tövsiyələrinə uyğun şəkildə addım atır. Əminəm ki, gələcəkdə ehtiyac olduğu halda Azərbaycan səhiyyət sistemi də III doza məsələsini həyata keçirəcək. Amma bu gün üçün buna hər hansı ehtiyac duyulmamaqdadır”,-deyə o bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR