Son 5 ayın minimumunu yaşayan Bitkoində “külək tərsinə dönür”

Kriptovalyuta fondlarında dalğalanmalar davam edir. Dünənki sərt enişin ardından toparlanmağa başlayan elektron pul qiymətləri cəmi kapitalizasiyası 1.4 trilyon dollara yüksəldi.

Metbuat.az xəbər verir ki, dünyanın ən məşhur kriptovalyutası Çin, Avropa Mərkəzi Bankı və İlon Maskın kritik açıqlamaları ilə 5 ayın en aşağı qiymətinə düşməklə 28 808 dollara qədər ucuzlaşdı. Bitkoinin qiyməti Bakı vaxtı ilə 10:40 radələrində $34 133 olmaqla, son 24 saat ərzində 4.47% bahalaşmalı olub.

Ucuzlaşma dalğasından ən çox zərər görmüş Etherium da yenidən 2 min dollardan yuxarı ticarət olunmaqdadır.

Ripple isə itki ilə üzləşməkdə davam edir. XRP-nin qiyməti 61 senə qədər geriləmişdir.

Dünən 16 sentə qədər geriləyən Dogecoin də öncəki qiymətinə qayıtma siqnalları verməkdədir. DOGE-nin qiyməti 6% artımla 21 sentə qədər artıb.

Bu elektron pulun ucuzlaşmasında Çinin Kənd Təsərrüfatı Bankının qoyduğu qadağa və İlon Maskla əlaqəli bəzi xəbərlərin dolaşması mühüm təsirlərə malikdir. Həmçinin, Avropa Mərkəzi Bankının (ECB) icra heyətinin üzvü Fabio Panetta kriptoaktivlərı “təhlükəli heyvanlar” adlandırıb.(Banker.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR