İranda jurnalistləri daşıyan avtobus aşdı -

İranda jurnalistləri daşıyan avtobus aşıb.

Metbuat.az İran KİV-inə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub, daha 21 nəfər xəsarət alıb.

Məlumata görə, qəza Nəqədə şəhərində baş verib. Jurnalistlər Urmiya gölünün vəziyyətini işıqlandırmaq üçün bölgəyə ezam olunublar.

Hadisənin təfərrüatı açıqlanmır. Həlak olan jurnalistlər "İRNA" və "İSNA" xəbər agentliklərinin əməkdaşlarıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR