Röyters elan etdi: Türkiyə və Azərbaycan YENİ SAZİŞ

Türkiyə Svop sazişi imzalamaq üçün bir neçə ölkə ilə müzakirələr aparır.

Metbuat.az xəbər verir ki, bu barədə Röyters agentliyi məlumat yayıb. Bildirilir ki, Türkiyənin ilk razılaşma imzalayacağı ölkə Azərbaycan olacaq. Türkiyə hökumətindəki adını açıqlamayan mənbənin agentliyə verdiyi məlumata görə, Ankaranın Svop sazişi üçün danışıqlar apardığı ölkələr arasında Malaziya, Cənubi Koreya, Rusiya, Böyük Britaniya və digər Asiya ölkələri var. Türkiyə Mərkəzi bankının sədri Şahap Kavcıoğlu bildirib ki, Ankara Svop anlaşması üçün hazırda 4 ölkə ilə danışıqlar aparır və iki dövlət ilə müqavilə imzalamağa çox yaxındır.

Qeyd edək ki, Svop (swap) mübadilə əməliyyatıdır. Svop sazişi qiymətli kağızların, valyutanın və s. alışını (satqısı) və müəyyən vaxtdan sonra onların əks satışını (alışı) o cümlədən digər iqtisadi mübadilələri əhatə edir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR