Sabah hava necə olacaq?

İyunun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-26 isti, gündüz 34-39, bəzi yerlərdə 41 isti, Bakıda gecə 24-26 isti, gündüz 37-39 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65 , gündüz 35-40 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilənhava şəraiti

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

Tibbi-meteoroloji proqnuza gəldikdə isə, həftə ərzində Bakıdavə Abşeron yarımadasında anomal isti hava şəraiti, zəif küləklərin üstünlüyü, günün bəzi saatlarında durğun hava şəraiti, gündüzgüclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir. Açıq havada olarkən kölgəli yerlərdən istifadə etmək məsləhətdir.

İyunun 25-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhərbəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 20-25 isti, gündüz 35-40 isti, bəzi yerlərdə 43 isti, dağlarda gecə 15-20 isti, gündüz 28-33 dərəcə isti olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR