RƏSMİ: Bakıda iki avtobus toqquşdu,

Bu gün saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Metbuat.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, agentlik hadisəni dərhal nəzarətə götürüb və araşdırma aparır. Hər iki marşrut xətti üzrə daşıyıcı şirkət olan “BakuBus” MMC-dən izahat tələb olunub. Xoşbəxtlikdən qəza nəticəsində ölüm halı qeydə alınmayıb. Sərnişinlərdən 7 nəfər xəsarət alıb ki, onlara da ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

*15:10

Bakıda iki avtobusun toqquşması nəticəsində baş verən qəzada ölən olmayıb.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı bir neçə nəfər xəsarət alıb.

Qeyd edək ki, qəza zamanı “BakuBus” MMC-yə məxsus iki avtobus toqquşub.


14*44

Bakıda avtobusların iştirakı ilə ağır qəza baş verib.

Metbuat.az “oxu.az”a istinadən xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkədə paylaşılıb.

Hadisə zamanı ölən və yaralananlarla bağlı məlumat yoxdur. Həmin görüntüləri təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR