Türkiyə və Azərbaycandan BİRGƏ HƏMLƏ:

Xəbər verdiyimiz kimi, Türkiyə Svop sazişi imzalamaq üçün bir neçə ölkə ilə müzakirələr aparır.

Metbuat.az xəbər verir ki, bu barədə Röyters agentliyi məlumat yayıb. Bildirilir ki, Türkiyənin ilk razılaşma imzalayacağı ölkə Azərbaycan olacaq.

Bəs Svop nədir, və Azərbaycanla Türkiyə arasında olan bu müqavilə reallaşacağı təqdirdə hansı imkanlar vəd edəcəkdir?

Mövzuya şərh verən iqtisadçı ekspert Eldəniz Əmirov Metbuat.az-a özəl bildirdi ki, Svop maliyyə bazarlarında açıq əməliyyatların növbəti günə keçirilməsi zamanı hesablanan məbləğdir.

Eldəniz Əmirov: “Yaya doğru qiymətlərdə yenə dalğalanmalar ola bilər”

"Bunu biz daha çox SWAP yazılışı şəklində görürük. Bu hərfi anlamda “mübadilə” deməkdir. Svop müqaviləsi isə bir növ dəyişdirmə müqaviləsi mənasını verir. Başqa sözlə tərəflərin faiz ödəmələrini, eləcə də valyuta növünü qarşılıqlı şəkildə müəyyən öhdəliklərlə dəyişdirməsi swap əməliyyatının əsas prinsipini təşkil edir.

Türkiyə və Azərbaycan arasında Svop müqaviləsinin bağlanmasına gəldikdə isə bu məsələ çoxdan gündəmdə idi. Türkiyə höküməti təkcə Azərbaycan deyil, bir sıra ölkələrlə belə müqavilənin imzanlanmasına hazırlaşır. Uğurla tətbiq edilən belə müqavilələr ölkələrin maliyyə sisteminə və nəticədə iqtisadiyyatına kifayət qədər müsbət təsirlər yaradır".

Eldəniz Əmirov deyir ki, hətta bu təsir elə səviyyədə ola bilir ki, müqavilə tərəflərinin iqtisadi uğurunu istəməyən ölkələrin buna əks müdaxiləsi baş verir.

Məsələn, İranla Rusiya arasında “svop sazişi” gündəmdə olanda Amerika bu sazişin qəti əlehinə çıxmışdı və daha sərt sanksiyalarla tərəfləri hədələyirdi. Amma görünən odur ki hökumətlər ölkənin iqtisadi vəziyyətinə daha uğurlu təsir üçün mümkün qədər belə müqavilələr bağlayırlar.

Swap nedir? İşte swap işlemi hakkında merak edilenler - Ekonomi haberleri

"Konkret olaraq bu müqavilənin Azərbaycan iqtisadiyyatına təsirlərinə gəlincə isə, bu valyuta risklərindən sığortalamağa və maliyyə mənbələrinə çıxış imkanlarını asanlaşdırmağa şərait yaradacaq. Aktivlərin və öhdəliklərin daha yaxşı idarə edilməsi üçün faydalı olacaq. Valyuta Svopu əməliyyatları uzunmüddətli maliyyə resurslarına çıxışı yaxşılaşdıracaq. Qeyri-neft sektorunda müəssisələrin inkişafına, genişlənməsinə və eləcə də yeni iş yerləri açmağa kömək edəcək. Çünki, iqtisadiyyatın daha sərfəli şərtlərlə maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradacaq".

Ekspert vurğuladı ki, Svop müqaviləsinin imzalanması ilə, ən əsası isə millli valyutaların möhkəmliyinə, dayanqlılığına zəmin yaradacaq.

Pul vahidimiz niyə AZM yox, AZN adlanır? Məlumdur ki,... | Интересный  контент в группе ╚▻•♥╰♥ NEFESİM OL ♥╮♥ ••◅╗

"Məsələn, Ərdoğan-Bayden görüşü əvvəlində Türkiyə tərəfindən açıqlanan Svop müqaviləsi haqqında məlumat, lirəni dollara qarşı gücləndirmişdir. Lirə həmin günlərdə dollara qarşı ən çox dəyər qazanan pul vahidi olmuşdur. Demək ki, hələ Svop sazişinin özünün ortada olmaması milli valyutalara dəyər qazandırır. Odur ki, bu sazişin imzalanmasından sonra lirə ilə paralel olaraq manata olan təzyiqin də yumşalmasını müşahidə edəcəyik. Bu isə müəyyən qədər son günlər artan infilyasiya meyllərinin nisbətən azaldılmasına fürsətlər yaradacaq".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR