x
Loading...

Qırğızıstan Azərbaycana yeni səfir göndərir

Qırğızıstan Prezidenti Sadır Japarovun Fərmanı ilə Kayrat Osmanaliyev bu ölkənin Azərbaycandakı səfiri təyin edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Kayrat Osmanaliyev 2016-cı ildən Qırğızıstanda Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyanın üzvü olub.

Bundan başqa o, Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının prorektoru işləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR