İsraildə XƏBƏRDARLIQ!

İsrail rəhbərliyi, yeni növ koronavirus (COVID-19) hallarının artması səbəbindən qapalı yerlərdə maska taxma öhdəliyini yenidən tətbiq etməyə qərar verdi.

Metbuat.az xəbər verir ki, İsrail rəsmilərinin etdiyi açıqlamada bildirilir ki, 27 iyun tarixindən etibarən ölkədə qapalı yerlərdə maska taxmağın yenidən məcburi hala gələcək.

Məlumatda həmçinin peyvənd olunmamış israillilərə xaricə səyahət etməmələrini tövsiyə edilib. Digər tərəfdən, Səhiyyə Nazirliyinin məlumatlarına görə , İsraildə gündəlik COVID-19 halları artmağa davam edir. Xəstəliyin sayının yenidən artdığı ölkədə bu günə qədər 169 yeni yoluxma hadisəsi aşkar edilib və bu, son aylarda görülən ən yüksək gündəlik hadisə olaraq qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR