Uşaqlar vaksinasiya oluna bilərmi? -

Bildiyimiz kimi, hazırda ölkədə qəbul olunmuş strategiyaya əsasən, 18 yaş üzəri vətəndaşlara vaksin vurulması tövsiyə edilir. Bəs uşaqlar peyvənd olunmalıdırmı sualı isə maraq doğurur.

Metbuat.az xəbər verir ki, TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva “COVID-19” mövzusunda çıxışnda qeyd edib ki, bu məsələdə müzakirə aparılır: “Müsbət qərar olarsa, bu barədə ictimaiyyətə açıqlama veriləcək”.

Nəzrin Mustafayeva uşaqlarda koronavirusun yüngül əlamətlərlə özünü biruzə verdiyini bildirib.

"Onlarda simptomlar özünü az biruzə verir: Bəzi hallarda qızdırma, ürək bulanma müşahidə edilir, eyni zamanda kəskin virus infeksiyaları kimi özünü göstərir. Böyük əksəriyyəti sağalma ilə nəticələnir”,- deyə o, qeyd edib.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR