x
Loading...

Bakı bu matça ev sahibliyi edəcək

AÇ-2020-nin 1/4 final mərhələsinin ilk cütü müəyyənləşib.

Metbuat.az xəbər verir ki, bu, az öncə başa çatan Niderland - Çexiya matçından sonra bəlli olub.

Rəqibini 2:0 hesabı ilə məğlub edən çexlər, adını 1/4 finala yazdırmaqla Danimarka yığmasına rəqib olub.

Bu komandaların oyunu iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Danimarka ötən gün Uelsə 4:0 hesabı ilə qalib gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR