Makrona ağır zərbə: Postundan göndərilir

Fransada regional seçkilərin ikinci turu başa çatıb.

Metbuat.az xəbər verir ki, prezident Emmanuel Makronun qurucusu olduğu “Respublikaçı Hərəkatı” partiyası ciddi uğursuzluğa düçar olub. “Respublikaçı Hərəkatı” partiyası heç bir məntəqədə qalib ola bilməyib.

Ötən turda olduğu kimi bu dəfə də “Respublikaçılar” qələbə qazanıb. Seçkilərdə fəallıq 34,3 faiz olub. Bu seçkilər gələn il keçiriləcək prezident seçkiləri üçün sınaq mahiyyəti daşıyırdır.

Yerli mənbələr seçkilərin nəticələrinin "Makron üçün ağır məğlubiyyət" olduğunu bildirib. Bildirilir ki, bu nəticələr Makronun postundan gedəcəyini göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR