İranın yeni prezidentinin andiçmə mərasiminin vaxtı

Avqustun 3-də İran parlamentində yeni seçilmiş prezident İbrahim Rəisinin andiçmə mərasimi keçiriləcək.

Metbuat.az xəbər verir ki, bunu İran parlamentinin sədr əvəzi Əli Nikzad deyib.

Ə.Nikzadın sözlərinə görə, bu mərasim yerli və xarici qonaqların iştirakı ilə və pandemiya qaydaları nəzərə alınaraq təşkil olunacaq.

Qeyd edək ki, 18 iyunda İranda 13-cü çağırış prezident seçkiləri keçirilib. İbrahim Rəisinin 17,9 milyon (61,9%) səslə prezident seçkilərində qalib gəldiyini açıqlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR