Putin Sarkisyana "yox" dedi

Putin Sarkisyana "yox" dedi
19:31 18 Yanvar 2015
82 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin Gümrüdə 6 ermənini öldürən hərbçi Valeri Permyakovu Ermənistana verməkdən imtina edib.

ANS PRESS-in məlumatına görə, Putinlə Ermənistan prezidenti Serj Sarkisyanla baş tutan telefon danışığında rus hərbçinin Rusiya tərəfdən cəzalandırılacağını bildirib.

Bu barədə açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Putin Gümrüdə baş verən faciənin istintaqı qısa müddətdə başa çatdırılacağını və günahkarları cəzalandıracağına söz verib.

Dmitri Peskovun sözlərinə görə, Rusiya prezidenti sözügedən hadisə zamanı xəsarət alan 6 aylıq körpə Sergey Avetistyanın müalicəsinə hər cür yardım etməyə hazır olduğunu deyib.

Qeyd edək ki, Gümrü və İrəvanda keçirilən etiraz aksiyalarında rus hərbçinin Ermənistana verilməsi tələb olunur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR