Vətən müharibəsi şəhidi Cavid Bayramovun doğum günüdür -

Bu gün Vətən müharibəsinin şəhidi Bayramov Cavid Azər oğlunun doğum günüdür. Ailəsi Cavidin 24 yaşını onsuz qeyd edir.

Metbuat.az xəbər verir ki, 1997 - ci ilin 29 iyununda doğulan qəhrəmanımız oktyabrın 8-i Füzuli uğrunda aparılan döyüşlərdə şəhidlik məqamına ucalıb.

Atası deyir ki, Vətənə olan sonsuz məhəbbəti onu ən yüksək zirvəyə - şəhidlik zirvəsinə ucaldıb.

Azərbaycan Texniki Universitetinin məzunu olan Cavid müharibəyə könüllü qatılıb. Ölümündən sonra 3 medalla - “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhid ailələrinin tək təsəllisi övladlarının daim xatırlanmasıdır.

Nur içində uyu, Vətən oğlu! Cənnətdə qeyd etdiyin ilk ad günün mübarək…


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR