SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ!

Bakıda əsas küçə və prospektlərdə hazırkı vəziyyət açıqlanıb.

Metbuat.az xəbər verir ki, sıxlıq müşahidə olunan əsas yollar aşağıdakılardır:

1. Abbasqulu ağa Bakıxanov küçəsi (Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən, Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində) sıxlıq;

2. Akademik Həsən Əliyev küçəsi - (1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı da daxil olmaqla, Mərdanov qardaşları küçəsi ilə kəsişmədən, Xan Şuşinski küçəsi ilə kəsişməyə qədər, Azadlıq prospekti ilə kəsişmə istiqamətində) sıxlıq;

3. Şah İsmayıl Xətai prospekti (Tələt Şıxəliyev küçəsi ilə kəsişmədən, əsasən Əhmədbəy Ağa oğlu küçəsi ilə kəsişməyə qədər, Azərbaycan Respublikası Təhsil Nazirliyi istiqamətində) davamlı olaraq qısa müddətli sıxlıqlar;

4. Alı Mustafayev küçəsinin köməkçi yolunda (Ziya Bünyadov prospekti istiqamətində) sıxlıq müşahidə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR