Daha iki güləşçimiz qızıl medal qazandı

Azərbaycanın daha iki sərbəst güləşçisi Almaniyanın Dortmund şəhərində gənclərin Avropa çempionatında qızıl medal qazanıb.

Metbuat.az xəbər verir ki, 61 kq çəki dərəcəsində çıxış edən Kənan Heybətov finada Ermənistan təmsilçisi Levik Mikaelyana 8:5 hesabı ilə qalib gəlib.

74 kq-da yarışan Cəbrayıl Hacıyev isə qızıl medal uğrunda görüşdə türkiyəli Taner Qaripdən güclü olub - 12:2.

125 kq-dakı Aydın Əhmədov isə finalda Lyova Gevorqyana (Ermənistan) uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl Turan Bayramov (74 kq) Avropa çempionatında qızıl medala sahib çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR