İmran Xandan ABŞ-a tarixi cavab: Təklifi rədd etdi

Pakistanın Baş naziri İmran Xan ABŞ və Əfqanıstanla münasibətlər barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Pakistan Vaşinqtonun Əfqanıstana qarşı mübarizəsinə qatılmaq planı yoxdur:

“Pakistanlılar və əfqanıstanlılar qardaşdır. İslamabad onların qərarlarına hörmət edir. ABŞ-ın Pakistanda baza qurmaq və buradan Əfqanıstana qarşı istifadə etmək planı var idi. Bu məsələ məndən soruşulanda rədd etdim. ABŞ Əfqanıstanda məğlub oldu və bu məğlubiyyətin günahını bizim üstümüzə atmağa çalışdılar. Pakistan ABŞ ilə sülh üçün tərəfdaş ola bilər, müharibə üçün deyil.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR