Çexiya və Danimarka milliləri Bakıda -

Futbol üzrə Çexiya millisi Avropa çempionatının 1/4 final mərhələsində Danimarkaya qarşı keçirəcəyi oyun üçün Bakıya gəlib.

Metbuat.az xəbər verir ki, axşam saatlarında Heydər Əliyev adına Beynəlxalq Bakı Hava Limanına çatan Yaroslav Şilqavının baş məşqçisi olduğu komanda "Hilton" otelində qalacaq. Növbəti gün yığmanın Bakı Olimpiya Stadionunda məşqi nəzərdə tutulub. Bundan başqa, Danimarka millisi də artıq paytaxtımızdadır.

Qeyd edək ki, iyulun 3-də keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq.









Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR