İçərişəhərdə tapılan sirli yeraltı tuneldən görüntülər -

Aparıcı Fira Cəlilova sosial şəbəkə hesabında yeni paylaşım edib.

Metbuat.az xəbər verir ki, o, repçi Ramil Nabranla birlikdə İçərişəhərdə lentə alınan videounu paylaşıb.

Görüntülərdə Cəlilova tamaşaçılara İçərişəhərdə yeraltı gizli tunel tapıldığını və oranın muzey kimi istifadəyə veriləcəyini bildirib.

Aparıcı videoya verdiyi şərhində bildirib: “İçərişəhərin altı da üstü kimi muzeydir. Orada yeraltı yollar çoxdu. Məsələn, Qız qalasının qarşısında, “Donjun” deyilən dördkünc qala tipli bürcün sol və sağ tərəflərində, Şirvanşahlar sarayında yeraltı yollar var. Bu yollarda çoxlu quyular da yerləşir”.

Qeyd edək ki, hazırda sözügedən yerdə qədimliyini saxlamaq şərtilə 1 ildən çoxdur təmir-bərpa işləri aparılır. Muzey 3-4 metr dərinlikdə yerləşəcək.(Baku.ws)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR